Şoumenin xanımının adı dələduzluqda hallanır

Şoumenin xanımının adı dələduzluqda hallanır
1802 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış şoumeni Məhmət Əli Ərbilin keçmiş həyat yoldaşı Tuba Coşqunun adı dələduzluqda hallanır.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, İstanbulun mərkəzi səmtlərində maklerlərlə birlikdə evlərlə maraqlanan Tuba daha sonra onları aldadaraq həmin mənzilləri dostlarına özü satıb. O, bu işdən hətta faiz də əldə edirmiş. T.Coşqunun bu hərəkətindən bərk əsəbləşən maklerlər artıq onun yeni ev axtarmaq istəyinə qarşı çıxırlar.

Qeyd edək ki, Məhmət Əli Ərbillə 5 il ailəli olduqdan sonra 2010-cu ildə boşanan Tuba Coşqun məhkəmə yolu ilə təzminat alaraq böyük bir sərvətin sahibi olmuşdu.