"Əgər fəxri ada layiq görülməmişəmsə..." - Bəhram Bağırzadə

"Əgər fəxri ada layiq görülməmişəmsə..." - Bəhram Bağırzadə
4383 dəfə oxunub
  • A-
  • A
  • A+
“Fəxri ad alanların hamısını, xüsusən də Muradı, Coşqun və Rəfaeli təbrik edirəm”.
 
Axşam.az-ın məlumatına görə, bu sözləri Axar.az-a “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadə prezidentin sərəncamı ilə təltif olunan mədəniyyət xadimləri ilə bağlı açıqlama verərkən deyib.
 
Onun sözlərinə görə, həmkarlarına görə çox sevinir:
 
“Bu sərəncama çox sevindim, inanın, ən azı onların özü qədər. Mən Muradı, Rəfael və Coşqunu səmimi qəlbdən təbrik edirəm. Gələcəkdə daha yüksək ada nail olmalarını arzulayıram. Coşqun Rəhimovla universitetdə beş il bərabər oxumuşam. Əgər bu gün onların hər hansı bir uğuru varsa, bu, mənim də uğurumdur. Bu sözlərim Murad Dadaşova da aiddir. Muradla biz 17 il bir səhnəni paylaşmışıq”.
 
Özünün fəxri ad alanların sırasında niyə olmaması barədə sualı isə Bəhram Bağırzadə bu cür şərh edib:
 
“Mən niyə fəxri ad almadım?.. Əgər mən fəxri ada layiq görülməmişəmsə, demək ki, hələ üzərimdə çox çalışmalıyam".