Rihannanın atası tədbirdən qovuldu - fotolar

Rihannanın atası tədbirdən qovuldu - fotolar
2103 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl müğənni Rihanna yeni il münasibəti ilə xeyriyyə məqsədli gecə təşkil edib.

Axşam.az-ın məlumatına görə, tədbirdə müğənnin atası Ronald Fenti də iştirak edib. Lakin onun tədbirdə iştirakı ürəkaçan olmayıb.

Ronald alkoqol içkidən çox istifadə etdiyi üçün tədbirdə narahatlıq yaradıb. Çoxlu məşhurların iştirak etdiyi xeyriyyə gecəsində daha çox problem yaranmasın deyə, mühafizəçilər Rihannanın atasını tədbirdən çıxartmalı olublar.
 
O, isə sonra açıqlamasında qeyd edib ki, "mən sadəcə qırmızı xalıda olan məşhurlarla foto çəkdirmək istəyirdim. Sadəcə ayağım ilşdiyi üçün yerə yıxıldım, ancaq mühafizəçilər məni qovdular".

Tədbirdə Rihannanın digər ailə üzvləri də iştirak ediblər.

Qeyd edək ki, pop-ulduz atasının içki aludəçisi olduğunu bilir və onu bu asılılıqdan qurtarmaq üçün bir neçə dəfə uğursuz cəhd edib.


Rihannanın atası və anası


Rihannanın atası və qardaşları