Yeni ildə ərzaq məhsulları alanda diqqətli olun - video

Yeni ildə ərzaq məhsulları alanda diqqətli olun - video
1151 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeni il bayrami ilə əlaqədar sərinləşdirici içkilərə və digər ərzaq məhsullarina təlabat da çoxalır.

İçkilər içərisində mineral sular, qazsız-spirtsiz içkilər, qazlaşdırılmış spirtsiz içkilər, meyvə-giləmeyvə şirələri daha çox içilir. Bayramla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi əhaliyə xəbərdarlıq edib.

Axşam.az-ın ANS TV-yə istinadən məlumatına görə, ərzaq məhsullarını da alan zaman İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara xəbərdarlıq edib. Şöbə müdiri Şahin Nağıyev bildirdi ki, insanlar məhsul alan zaman məhsulların istehsal və bitmə tarixinə diqqət yetirməlidirlər. İçki məhsullarını alan zaman isə su şüşəsinin butulkasında çöküntünün olmasına, şəffaflığına diqqət etmək lazımdır.

Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir. Mənşəyi məlum olmayan, üzərində istehsal, son istifadə tarixi və s. qeyd olunmayan içkiləri almaq olmaz. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Hər bir məhsulun üzərinə etiket kağızı vurulmalı və orda istehsalçının adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidir.

Odur ki, məhsul alan zaman daha da diqqətli olun. Əks halda yolunuzu xəstəxanadan salmalı olacaqsınız.