Anti-Putin film "Oskar"a namizəd oldu - siyahı

Anti-Putin film "Oskar"a namizəd oldu - siyahı
1483 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oskar-2015"in daha bir siyahısı məlum olub.

Axşam.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, dünyanın ən nüfuzlu film festivalına namizədlərin daha bir kateqoriyada qısa sıyahısı açıqlanıb.

"Xarici dildə ən yaxşı film" nominasiyasını qazanmaq şansı olan 10 filmin arasında Rusiya istehsalı olan "Leviafan" da var. Andrey Zvyagintsevin filmi bu il "Kann" festivalında da "ən yaxşı ssenari" mükafatını qazanmışdı.

Tənqidçilərin fikrincə, ən təəcübləndirici hal siyahıda bu il "Kann"da əsas mükafatı qazanmış Nuri Bilge Ceylanın "Qış yuxusu" filminin olmamasıdır.
 
"Guardian" qəzeti onun yerinə Rus filminin mükafata namizədliyini siyasi olaylara bağlayır. Belə ki, film prezident Vladimir Putinə qarşı olduğu üçün Rusiyada hökumət elitası tərəfindən tənqid olunub.

Türkiyə istehsalı olan "Qış yuxusu" isə bu nominasiyada ilin əsas favoriti sayılırdı.

"Xarici dildə ən yaxşı film" nominasiyasına namizəd filmlərin tam siyahısı belədir:

"Vəhşi nağıllar" / "Wild Tales" (Argentina)
"Naringilər" / "Tangerines" (Estoniya)
"Qarğıdalı adası" / "Corn Island" (Gürcüstan)
"Timbuktu" (Mavritaniya)
"Şübhəli" / "Accused" (Hollandiya)
"İda" / "Ida" (Polşa)
"Leviafan" / "Leviathan" (Rusiya)
"Fors-major" / "Force Majeure" (İsveç)
"Xilaskar" / "The Liberator" (Venesuela)