Millət vəkilinin anası dünyasını dəyişdi

Millət vəkilinin anası dünyasını dəyişdi
3620 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gecə saat 3-də qollarımda keçindi" 

“Son iki-üç ayda yatağa düşmüşdü. Xəstəlikləri çox idi, xəstəlik xəstəliyə qarışmışdı. Böyrəkləri işləmirdi, ayaqları tutulmuşdu. Gecə saat 3-də elə yemək verdiyim vaxt qollarımda keçindi”.

Axşam.az-ın məlumatına görə, bu sözləri lent.az-a açıqlamasında mərhum şairə Nurəngiz Günün qızı millət vəkili Jalə Əliyeva bildirib. 

Millət vəkili dəfn mərasiminin sabah baş tutacağını da qeyd edib:

“Bu gün hələ ki, evdəyik. Vida və dəfn mərasimi ilə bağlı Azərbaycan Yazıçılar Birliyindən cavab gözləyirik”.

***

Deputat Jalə Əliyevanın anası, tanınmış şairə Nurəngiz Gün xəstəlikdən dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə Modern.az-a deputatın yaxınları bildiriblər. Millət vəkilinin anası  bu gün səhər saatlarında vəfat edib.

Məlumata görə, dəfn mərasimi sabah baş tutacaq. Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.

Allah rəhmət eləsin!