Əmrah ailəsi ilə Türkiyəni tərk etdi

Əmrah ailəsi ilə Türkiyəni tərk etdi
3046 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əmrah həyat yoldaşı Sibel Kirer və yeni doğulan körpəsi Elyasa ilə birlikdə Türkiyəni tərk edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən 30 çamadanla hava limanında görüntülənən sənətçi və ailəsi Brüsselə yola düşüb. Müğənninin bir müddət xaricdə yaşayacağı deyilir.

Belə ki, Əmrah təyyarəyə yalnız gediş bileti alıb. Müğənninin meneceri də jurnalistlərə açıqlamasında “Əmrah uzun müddət qayıtmayacaq” deyib.

Söylənilənlərə görə, ifaçı mediada haqqında çıxan “xəsis” xəbərləri səbəbindən ölkəni tərk edib.

Qeyd edək ki, Əmrahın bir neçə gün əvvəl kanallardan birinin Yeni il çəkilişləri üçün 2 milyon dollar aldığı deyilir.