“Böyük pullar arxasınca qaçmamışam” - Tahir İmanov

“Böyük pullar arxasınca qaçmamışam” - Tahir İmanov
2317 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir yumor ustası Fərda Xudaverdiyevin “Top kimi şou”suna gəlib.

Axşam.az-ın məlumatına görə, Cahangir aparıcıya tort hədiyyə edib. Verilişin qonaqları arasında əməkdar artist Tahir İmanov, aparıcı Nərgiz Vahabqızı, “O səs Türkiyə”yə qatılan ifaçı Nicat Məhərrəmov olub.

T.İmanov aparıcının “Bu gün nə problemin var? Heç kimsə zəng vurub deyir ki, mənim işimə görə Cabir İmanovdan xahiş et” sualına belə cavab verib:

“Problemsiz insan yoxdur. Yaxşılıq bu gün üstünlük təşkil edir. Buna görə mən vətənimə təşəkkür edirəm. Zəng vurub deyirlər ki, orada bir iş var, onu həll etsən, sənə də bir az pul verəcəyik. Mən o milyonla tanış deyiləm, necə olduğunu görməmişəm. Standart sözlər olsa da, mənim həyatımın önəmli hissəsi pul deyil. Böyük pullar araxasınca qaçmamışam. Əsas odur əmin-amanlıq yaransın, ətrafda ac insanlar olmasın. Onların gözü, qarnı tox olsun. Son vaxtlar Allaha bir şey üçün dua edirəm: Allah qoymasın kişilər işsiz qala. Bu çox pis haldır”.

Qeyd edək ki, “Top kimi şou” həftənin cümə günü saat 22:30-da ATV-də yayımlanır.