Nurəngiz Gün Yasamal qəbiristanlığında dəfn olunacaq

Nurəngiz Gün Yasamal qəbiristanlığında dəfn olunacaq
2630 dəfə oxunub
  • A-
  • A
  • A+
Şairə Nurəngiz Günlə vida mərasimi sabah saat 12-də mərhumun evində keçiriləcək.

Axşam.az "APA"-ya istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın verdiyi məlumata görə, mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq. Mərhumun üç mərasimi dekabrın 22-də "Təzəpir" Məscidində keçiriləcək.

Qeyd edək ki, şairə Nurəngiz Gün bu gün gecə saatlarında dünyasını dəyişib. Onun uzun müddət xəstə olduğu bildirilir.