Castin Biber 3 milyondan çox izləyicisini itirdi

Castin Biber 3 milyondan çox izləyicisini itirdi
2903 dəfə oxunub
  • A-
  • A
  • A+
İnstaqram sosial şəbəkəsi saxta hesablarla əlaqədar başladığı “təmizləmə” işlərini yekunlaşdırıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, nəticədə xeyli sayda izləyicisini itirən istifadəçilər sosial şəbəkənin bu tətbiqetməsinə qarşı çıxıblar.

İnstaqramın başladığı bu prosesdən sonra kanadalı müğənni Castin Biber 3,5 milyon, amerikalı aktrisa Ariana Qrande isə 1,5 milyon nəfər saxta izləyicisini itirib. Reper Akon isə izləyicilərinin 56%-indən məhrum olub.