Emin Ağalarov xeyriyyə tədbirində - fotolar

Emin Ağalarov xeyriyyə tədbirində - fotolar
2545 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən Moskvada "Veqasın böyük yolkası" xeyriyyə aksiyası çərçivəsində uşaq evlərinin sakinləri üçün Yeni il şousu baş tutub.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, tədbirdə 3 mindən çox uşaq müxtəlif bayram hədiyyələri alıblar, məşhurlardan avtoqraf götürüblər.
 
“Krokus city hall"da baş tutan xeyriyyə mərasiminin əsas təşkilatçısı, Moskvada yaşayan azərbaycanlı biznesmen, müğənni Emin Ağalarov baş tutan layihə barədə fikirlərini bildirib:

"Bu uşaqlar valideyn himayəsindən məhrumdurlar. Onların bizim adət etdiyimiz ailə bayramları və hədiyyələri yoxdur. Biz qərara gəldik ki, bacardığımız qədər, az da olsa, bunu onlar üçün edək". 

Emin sonda hər kəsi kampaniyada iştirak etməyə dəvət edib. Uşaqlara yardım gecəsində Rusiya şou-biznesinin məşhurları və idmançılar iştirak ediblər. Onların arasında Olimpiya çempionu Aleksey Nemov, müğənni Soqdiana, aktrisa Evelina Bledans, stilist Vlad Lisovets, aktyor Denis Klyaver kimi adlar olub.

Qeyd edək ki, "Veqasın möhtəşəm yolkası" kampaniyası Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarova məxsus "Krokus" şirkətlər qrupunun layihəsidir. Şirkətin "Vətən bizim evimizdir" xeyriyyə fondunun təşkil etdiyi bu tədbir yanvarın 15-ə qədər davam edəcək.