Məhəmməd Əli xəstəxanaya yerləşdirildi

Məhəmməd Əli xəstəxanaya yerləşdirildi
832 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi boksçu, alzaymer xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli pnevmoniya (ağciyər iltihabı) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər 72 yaşlı idmançının səhhəti ilə bağlı müsbət rəydədirlər. M.Əlinin bir həftəyədək evə buraxılacağı deyilir.

Qeyd edək ki, Məhəmməd Əli bu günə kimi 61 döyüşə çıxıb, onlardan 56-sının qalibi olub. O, 1990-cı illərdə “Əsrin boksçusu” tituluna layiq görülüb. 1984-cü ildə idmançıya alzaymer xəstəsi diaqnozu qoyulub.