"Bundan stimul alıram" - Ayan Babakişiyeva

"Bundan stimul alıram" -  Ayan Babakişiyeva
3227 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva "Səndən sonra" mahnısına klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, söz və musiqisi Tural Bayraməliyevə məxsus olan bəstənin ekran həlli rejissor Ceyhun İbrahimoğlu ilə Vüsal Həsəniyə həvalə edilib.

Klip paytaxtda, şəhərdən kənarda, eyni zamanda dəniz qırağında çəkilib.

Təəssüratlarını bölüşən ifaçı yeni klipinin ona uğur gətirəcəyinə əmindir:

"Peşəkar komandamla birlikdə məni sevən pərəstişkarlarıma yeniliklər təqdim etdikcə stimul alıram. Yaxşı ki, həyatımda sadiq sevənlərim var. Mənə dəyər verən insanlara təşəkkür edirəm. Sizin Ayan həmişə elə sizin üçün oxuyacaq".

“Səndən sonra”nın ekran versiyası 2015-ci ilin ilk həftələrində təqdim ediləcək.

Qeyd edək ki, A.Babakişiyevanın klipdə stilisti Səbinə İmanova olub. Geyimləri üzərində isə modelyer Şəlalə Maqsudova çalışıb.