"Əməkdar artist" adını gənclərlə qeyd etdi – fotolar

"Əməkdar artist" adını gənclərlə qeyd etdi – fotolar
1187 dəfə oxunub
  • A-
  • A
  • A+

“ADDIM” Gənclər Təşkilatı “Park Cinema” kinoteatrlar şəbəkəsi ilə birgə gənclər arasında film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədiylə “Kinoya ADDIMla” adlı yeni layihəyə start verib.

Axşam.az-ın məlumatına görə, təşkilatın ən fəal üzvləri olan “ADDIM”çılar yeni filmləri hətta kinoteatrdakı premyeralardan öncə izləmək imkanı qazanacaqlar.

Film nümayişləri silsilə tədbirlər şəklində davam edəcək. Hər yeni filmin nümayişi tanınmış ulduzların iştirakı ilə olacaq.

Qeyd edək ki "Kinoya ADDIMla" layihəsi çərçivəsində dekabrın 19-da "Meşəyə doğru" adlı ilk film nümayiş edilib. “ADDIM”ın ilk qonağı isə Murad Dadaşov olub.

Yenicə “Əməkdar artist” adını almış şoumen bu sevinci gənclərlə bölüşdüyündən xoşbəxt olduğunu söyləyib və onlara daim kinoteatrlarda filmlər izləməyi tövsiyə edib.