Tanınmış model iflic oldu

Tanınmış model iflic oldu
4535 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model-aktrisa Tuba Özay iflic olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rolda oynadığı “Pardon bekarmısınız?” tamaşasının turnesi zamanı aktrisanın virusa yoluxduğu üzə çıxıb. Halsızlıq və baş ağrısı şikayəti ilə xəstəxanaya yollanan Tubanın üzündəki gülüş mimikasını yaradan əzələnin zədələndiyi və yüngül formada iflic keçirdiyi məlum olub.

T.Özay sosial şəbəkədə səhhəti ilə bağlı bunları yazıb:

“Turneyə çıxmışdıq. Boğazım hansısa bir virusa yoluxub. Üzümdəki cizgilərin dəyişdiyini, boğazımda yanma, acılıq hiss etdim. Tamaşanı yarımçıq qoyub xəstəxanaya getdim. Həkim dedi ki, üzümün bir hissəsi qismən iflic olub”.