Özcan Bakıda qala gecəsinə qatılacaq

Özcan Bakıda qala gecəsinə qatılacaq
1536 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni və aktyor Özcan Dəniz 2015-ci ilin fevralında paytaxtımızın qonağı olacaq.

Axşam.az-ın məlumatına görə, aktyor rejissorluğunu etdiyi “Sevimli təhlükəli” filminin qala gecəsinə qatılacaq. Bu haqda təşkilatçı Əli Fidan deyib. Ekran işində baş rolları Ayça Ayşin və Şükrü Özyıldız oynayıb. Türkiyədə fevralın 6-da təqdim olunacaq film Bakıda fevralın 19-dan etibarən Nizami Kino Mərkəzində yayımlanacaq. Film romantik komediya janrındadır.

Qeyd edək ki, Özcan bu günə qədər “Ya sonra”, “Evim sənsən”, “Su və Atəş” filmlərinə rejissorluq edib.