Elton Con həmcinsi ilə evləndi - fotolar

Elton Con həmcinsi ilə evləndi - fotolar
1876 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elton Con və 21 ildir vətəndaş nikahında yaşadığı həmcinsi Devid Ferniş rəsmi şəkildə ailə qurublar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 67 yaşlı sənətçi 52 yaşlı sevgilisi ilə 2005-ci ildən bəri münasibətdədir. Həmçinin, cütlüyün surroqat anadan doğulan iki oğlu var.

"Hüquqi hissə bitdi. İndi sıra mərasimdədir" deyən müğənninin toy mərasimi mətbuatın iştirakı olmadan reallaşıb. Lakin E.Con bəzi şəkillərini İnstaqramda paylaşaraq sevincini heyranları ilə bölüşüb. Qonaqlar arasında aktyor Hyu Qrant, aktrisa Elizabet Herli, həmçinin, Bekhemlər ailəsi yer alıb.

Qeyd edək ki, E.Con və D.Ferniş bu ilin martında Böyük Britaniyada eynicinsli nikahlara icazə verən qanun qəbul ediləndən sonra evlənmək qərarına gəliblər. Hətta Elton Con sosial şəbəkədə sevincini "Hesab edirəm ki, yeni qanundan istifadə edərək əylənmək üçün əla fürsətdir. Biz çox xoşbəxtik ki, əsl toy edirik" sözləri ilə ifadə edib.

Xatırladaq ki, E.Con 1984-cü il, fevralın 14-də digər bir həmcinsi - səs mühəndisi Renat Blauellə də evlənib. Amma cütlüyün xoşbəxtliyi uzun çəkməyib və onlar 4 il sonra ayrıldıqlarını elan ediblər.