“Sevgiyə, pula ehtiyacım var” – Röya

“Sevgiyə, pula ehtiyacım var” – Röya
4606 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya Ayxan həmkarlarından çox pul qazandığını etiraf edib.

Axşam.az-ın məlumatına görə, “Onlar” verilişinə açıqlama verən ifaçı qazandıqlarını yaradıcılığına xərclədiyini deyib:

“Hamıdan çox qazanan mənəm. Amma hamıdan çox xərcləyən də mənəm. Evimə gəlib desən ki, bu qədər pul lazımdır, mən tapıb verə bilməyəcəm. Çünki hamısını yaradıcılığıma xərcləyirəm”.

Konsertinin adından da danışan Röya bunları deyib: “Konsertdə duetlər oxumadım. Baxmayaraq ki, adı Xəyyamla oxuduğum duetdən götürülmüşdü: “Sənə ehtiyacım var”. Afişa hazırlananda yanlışlıqla “Ehtiyacım var” yazıb göndərmişdim. Kənan (prodüseri Kənan Bayramov – red.) zəng edib soruşur ki, “Bunu necə başa düşək? Sənin nəyə ehtiyacın var?”. Deyirəm, mənim sevgiyə, pula, alqışa ehtiyacım var”.
Qeyd edək ki, Röya Ayxanın konserti dekabrın 19-u, 20-si və 21-də Heydər Əliyev adına Sarayda baş tutub.