“Texnikanın inkişafı klip bazarını öldürdü”

“Texnikanın inkişafı klip bazarını öldürdü”
1144 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Kənan M.M. klip bazarının zəifləməsinin səbəblərini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, “Günəbaxan” verilişinin qonağı olan rejissor buna texnologiyanın inkişafının səbəb olduğunu deyib:

“2006-2007-ci illərdə klip çəkirdim. Texnikanın inkişafı klip bazarının “suyunu çıxartdı”. İnternet inkişaf etdi, müğənnilər pul qazana bilmədilər. Mahnılar internetdən telefonlara yükləndi. Fotoaparatlar çıxdı, HD formatda video çəkdilər. İndi Taylandda telefonla film çəkirlər. Bunlar da bazarın zəifləməsinə səbəb oldu. Bundan başqa, indiki kliplər eyni məkanlarda çəkilir”.