“Eurovision” qalibi dünyasını dəyişdi

“Eurovision” qalibi dünyasını dəyişdi
1048 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış avstriyalı bəstəkar-müğənni Udo Jürqens infarkt keçirərək dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 17 gün əvvəl Vyanada konsert proqramı ilə çıxış edən 80 yaşlı musiqiçinin səhər yürüşü zamanı ürəyi dayanıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, Udonu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 1934-cü ildə Avstriyada dünyaya gələn U.Jürqens 50 albomu və mindən çox mahnısı ilə əfsanəyə çevrilib. Müğənni “Merci, Cherie” mahnısı ilə “Eurovision 1996”-nın qalibi olub. U.Jürqensin albomları 100 milyondan çox satılıb.