“Açıq-saçıq geyimlərdən imtina etmişəm” – ATV-nin aparıcısı

“Açıq-saçıq geyimlərdən imtina etmişəm” – ATV-nin aparıcısı
6628 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Lalə Azərtaş sadə geyim tərzini xoşlayır.

Axşam.az-a açıqlama verən aparıcı ona yaraşan və yaraşmayan stildən bəhs edib:

“Mənim üçün sadə olan geyim gözəldir. Heç vaxt məni həddindən artıq daşlı-qaşlı libasda görə bilməzsiniz, amma yaraşarsa, geyinərəm. Çox qısa geyimi də sevmirəm. Əgər paltarın yuxarısı açıqdırsa, aşağı hissə bağlı olur və yaxud əksinə. Həm də çalışıram ki, işimə görə geyimimə də fikir verim. Bütün amillər bir-biri ilə uyğun olmalıdır. Bura aksesuarlar və rəng daxildir. İdman üslubu mənim üçün ən rahat olan stildir. Maksimum rahat geyimdə olmağa çalışıram. Çünki bütün günü işdə olur, maşın idarə edirəm”.

L.Azərtaş açıq-saçıq libasları geyinmədiyini də söyləyib:

“Açıq-saçıq libası yaraşan geyinsin. Məsələn, daha zərif olan xanımlar. Son zamanlar bir az kökəldiyim üçün o cür geyimlərdən imtina etmişəm. Sözsüz ki, əvvəlki çəkimə qayıtsam, çox da açıq-saçıq deyil, normal libası mən də geyinə bilərəm. Evdə qarderobumda brend geyimlər var. Amma onunla yanaşı, sadə, ucuz və gözəl olan paltarlar da alıram”.

Sərvər Mehtiyev

Foto: Rəşad Abbasov