Soyuq havada qripdən qorunmaq üçün məlhəm

Soyuq havada qripdən qorunmaq üçün məlhəm
2614 dəfə oxunub
  • A-
  • A
  • A+

Soyuq havada insanlar özlərini qripdən qoruyur. Bunun üçün müxtəlif dərmanlardan istifadə etməyə çalışırlar. Soyuqdəymədən təbii vasitələrlə qorunmaq orqanizm üçün daha sağlamdır.

Axşam.az xarici mətbuata istinadən soyuqdəymədən sizi qoruyacaq çay təqdim edir:

1 xörək qaşığı sürvəni 1 stəkan qaynar suya tökün. 5 dəqiqə saxladıqdan sonra içərisinə bir az qara istiot və 1 çay qaşığı bal qatıb qarışdırın. Bu çaydan gündə 1 dəfə içmək soyuqdəyməni aradan qaldırır və ya qarşısını alır.

Əgər öskürəkdən əziyyət çəkirsinizsə bundan istifadə edin:

Məlhəm üçün təmiz yerdən yığılmış bağayarpağı lazım olacaq. 2 yarpağı götürüb, əzib, şüşə bankaya yığıb, üzərinə 45 faizli spirt tökün (yarpaqların üstündən 1 barmaq yuxarı olmaqla). Bankanın ağzını möhkəm bağlayıb, qaranlıq yerdə üç-dörd həftə saxlayın. Sonra tənzifdən süzün. Öskürək zamanı bu məlhəmdən qəbul edin. O, həm öskürəyi aradan qaldıracaq, həm də qrip infeksiyasına yoluxmanın qarşısını alacaq.