Piylənmənin qarşısını alacaq 10 məsləhət

Piylənmənin qarşısını alacaq 10 məsləhət
4357 dəfə oxunub
  • A-
  • A
  • A+
XXI əsrin ən böyük bəlası piylənmədir. Xanımların böyük qorxusu olan bu bəlaya bir çox amillər səbəb olur. Qadınlar ilk növbədə buna səbəb olan halları aradan qaldırmağa çalışsınlar.

Axşam.az xarici mətbuata istinadən piylənmədən əziyyət çəkənlərə məsləhətlər təqdim edir:

1. İlk növbədə qarderobunuza yeni, amma ölçüsü kiçik olan bir neçə geyim alın.

2. Qidanı alanda yağlılığına fikir verin.

3. Yarımfabrikat qidalar almayın. Çünki onların tərkibində piylənməyə əsas yardım edən duz və piy çoxdur.

4. Yeməkləri sobada bişirin.

5. Yemək zamanı ketçup və mayonezdən istifadə etməyin. Onlar iştaha gətirir.

6. Duzdan az istifadə edin. O, arterial təzyiqi qaldırır.

7. Televizor qarşısında oturanda duzlu çips və ya pop-korn əvəzinə, acı şokolad yeyin. Bu, sizi həm doyduracaq, həm də iştahanı öldürəcək.

8. Əgər xörək yedikdən sonra «Bu gün pəhrizimi pozdum» dedinizsə, qəm etməyin. Süfrəni yığışdırın, qabları yuyun. Əgər işdəsinizsə, sadəcə, bir neçə dəqiqə o yan-bu yana gəzin. Beləcə, xeyli kalori itirmiş olarsınız. Hələ üstəlik idman da etsəniz, yediyinizdən əsər-əlamət qalmayacaq.

9. Gündəlik tutub, iki həftə ərzində bütün yediklərinizi qeyd edin.

10. Hər gün yediklərinizin kalori cədvəlinə görə hesablayın. Gündəlik kalori 1200-ü keçdisə, demək piylənmə davam edir. Gündəlik kalorini 500-ə qədər azaltsanız, demək, arıqlayırsınız.