Ronaldo bığ qoyub, parik taxdı

Ronaldo bığ qoyub, parik taxdı
2026 dəfə oxunub
  • A-
  • A
  • A+

"Real"ın futbolçusu Kriştiano Ronaldo ilginc hərəkəti ilə gündəmə gəlib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı oyunçu saxta bığ və parik taxaraq Madrid şəhərinin mərkəzində gəzib.

Əlində imzalı futbol topu olan K.Ronaldo azyaşlı "Real" azarkeşini gördüyü zaman isə dayanıb. O, saxta bığı və pariki çıxardaraq əlindəki topu həmin azarkeşə təqdim edib.