Çağla Şikel boşandıqdan sonra ilk dəfə danışdı - video

Çağla Şikel boşandıqdan sonra ilk dəfə danışdı - video
6622 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda 7 illik həyat yoldaşı, müğənni Əmrə Altuğdan ayrılan türkiyəli aparıcı-model Çağla Şikel boşandıqdan sonra bu barədə ilk dəfə aparıcısı olduğu “Hər şey daxil” verilişində danışıb.

Axşam.az-ın məlumatına görə, Çağla haqqında yayılan dedi-qodulara aydınlıq gətirib:

“Son vaxtlar barəmdə yayılan iddialara cavab vermək istəyirəm. Arxamca Çağla hələ də ekranlarda gülüb, rəqs edir deyirlər. İndi mən aşpaz olsam, yemək bişirməyəcəm? Mənim işim budur, pul qazanıram. Bu, mənim işimə olan hörmətimdir. Ötən aylarda da canlı efirdə paltarım açıldı, sinəm göründü. Hamı “reklamdır” dedi... Əmrə ilə xoşbəxt evliliyimiz var idi. İki uşağımız dünyaya gəldi. Boşanma qərarını dünən alıb bu gün ayrılmamışıq. Uzun müddət düşündükdən sonra belə nəticəyə gəldik. Əmrəyə hörmətim sonsuzdur. O, ölənədək uşaqlarımın atası olaraq qalacaq. Haqqımızda “ssenarilər” yazmağa başladılar. Mənim birlikdə olduğum deyilən adam dostumdur. Nə bundan əvvəl, nə də sonra belə bir şey ola bilməz. Həmin xəbəri yazan adamla məhkəmədə görüşəcəyik. Bir az daha diqqətli olmağınızı xahiş edirəm”.

Qeyd edək ki, Çağla Şikelin boşanmazdan öncə basketbolçu Kərəm Tunçeri ilə birlikdə olduğu deyilirdi.