Ayanın 12 minlik klipi

Ayanın 12 minlik klipi
4571 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva bu gün media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Səndən sonra” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. Sözləri və musiqisi Tural Bayraməliyevə aid olan bəstənin ekran həlli rejissor Ceyhun İbrahimoğlu və Vüsal Həsəniyə həvalə olunub.

Uzun fasilədən sonra yenidən jurnalistlərlə görüşən sənətçi klipindən bəhs edib:

“Elə bilirdim unudulmuşam. Amma bu möhtəşəm qarşılanmadan sonra əmin oldum ki, hələ ulduzum sönməyib. Məni tək qoymadınız, özümü çox güclü hiss edirəm. Yeni klipimi bəyənəcəyinizə inanıram. Mənimlə birgə çalışan komandaya çox sağ ol deyirəm. Fasilə verməyimə dəydi. Maraqlı bir ekran işidir, bəyəndim. Klip kinolentə çəkilib. Bakıda lentə alınıb, 12 min manata başa gəlib. Mahnıdakı sözlərə həyatımda da əməl edəcəm, söz olaraq qalmayacaq. Selenadan (qızı - red.) sonra həyatımda hər şey əla olacaq”.

Təqdimat mərasiminə qatılan prodüser Təranə Səmədova A.Babakişiyevaya uğurlar arzulayıb:

“Ayanın mənim xeyir-duama ehtiyacı yoxdur. Mən hər zaman onun yanındayam”.

Foto: Rəşad ABBASOV