Təranənin avtomobili ilə fotosessiyası

Təranənin avtomobili ilə  fotosessiyası
8840 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədova avtomobili ilə fotokameramıza tuş gəlib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində o, sürücülük qabiliyyətindən, avtomobil sevgisindən bəhs edib:

“İlk maşınım “Kia picanto” idi. Görən deyirdi bu sənə yaraşmır, balacadır. Avtomobil sürməyi mənə uşaq vaxtı atam öyrətsə də, sonra unutdum. Ailə qurduqdan sonra isə həyat yoldaşım (müğənni Kərim Abbasov – red.) öyrətdi. Əvvəl qorxurdum, yanımdan böyük avtomobil keçəndə özümü itirirdim. İndi peşəkar sürücü olmuşam. Qaydalara bacardığım qədər riayət edirəm. Bir dəfə qəza törətmişəm. Hətta qəza vəziyyəti yaratdığım üçün cərimələnmişəm də. Amma borcumu ödəmişəm. Hazırkı avtomobilimi dəyişmək istəyirəm. Ən böyük arzum “Porsche Cayenne” almaqdır. Sürəti sevmirəm. Balaca maşınları xoşlamıram. Ən nifrət etdiyim isə ikiqapılı avtomobillərdir. Maşına suvenir düzməyi isə heç sevmirəm”.

T.Səmədova avtomobillərin rəng seçimindən də danışıb:

“Mənə görə maşın ya ağ olar, ya qara. İlk avtomobilim əslində göy rəngdə olub. Sonrakı iki maşınım qara idi. Amma gələcəkdə avtomobilimin rəngi ağ olacaq”.

Foto: Rəşad ABBASOV