İrina Şeyk Cennifer Lopezin keçmiş həyat yoldaşı ilə - video

İrina Şeyk Cennifer Lopezin keçmiş həyat yoldaşı ilə - video
2448 dəfə oxunub
  • A-
  • A
  • A+

29 yaşlı rusiyalı top-model İrina Şeyk fanatları üçün maraqlı sürpriz edib.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, məşhur model müğənnilər Mark Entoni və Romeo Santosun yeni klipində baş rolda oynayıb.

Cennifer Lopezin keçmiş həyat yoldaşının quldur rolunda, Santosun isə polis olduğu "Yo Tambien" adlı mahnının klipində İrina iki tərəf arasında qalmış gözəl qız obrazını canlandırıb.

Xatırladaq ki, Şeyk sevgilisi, futbolçu Kriştiano Ronaldo ilə bir həftə əvvəl ayrılıb.