Alman futbolçu islam dinini qəbul etdi - fotolar

Alman futbolçu islam dinini qəbul etdi -  fotolar
2038 dəfə oxunub
  • A-
  • A
  • A+
Almaniyanın məşhur qəzeti "Bild" "Nürnberq" futbol klubunun oyunçusu Denni Blamın (Danny Blum) islam dinini seçdiyini və bunun üçün Mecekler məscidində namaz qılması xəbərini yayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, qəzet futbolçunun namaz qılarkən fotolarını yayımlayıb.

Denni bu haqda "İslam mənə güc və qüvvət verir, dua ruhumu rahatladır" deyib. O, müsəlman olması haqqında geniş danışıb:

"Əvvəllər futboldan əlavə əyləncəli və bir o qədər də məsuliyyətsiz yaşam tərzim var idi. Sonra dostlarımla dini müzakirələr etməyə başladım. Çünki bu həyatın mənə bir şey verməyəcəyini bilirdim. İnternet və kitablardan araşdırmalar apararkən islam dini mənə çox maraqlı gəldi. Öyrəndiklərim məni islama yaxınlaşdırdı və beləliklə müsəlman olmağa qərar verdim. Artıq həyata pozitiv baxıram".

Alman oyunçunun 5 dəfə namaz qılması, halal yeməklərdən istifadə etdiyi, və alkoqoldan imtina etməsini də yazan qəzet Blamın ibadət etmək istəyərkən heç kimi narahat etməməyə çalışdığını vurğulayıb. Futbolçu islamın barış dini olduğunu qeyd edib:

"Seçimimə görə pis bir söz deyən olmadı. Olsa da, məni yolumdan döndərə bilməz. Hər kəsin özünə görə inancı var".

Denninin xristian olan ailəsi bu xəbərə əvvəl təəccüblə reaksiya versələr də, "belə inanırsansa, inandığını yaşaya bilərsən" deyərək ona qarşı çıxmayıblar.