Kərəm Bürsinin “Victoria’s Secret”in mələyi ilə fotosessiyası

Kərəm Bürsinin “Victoria’s Secret”in mələyi ilə   fotosessiyası
2182 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Kərəm Bürsin “Victoria’s Secret”-in norveçli mələyi Frida Asenlə birlikdə “Elle” jurnalına fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, aktyor dərgiyə müsahibəsində yaradıcılığından və şəxsi həyatından danışıb. Kərəm hobbisinin gündəlik tutmaq olduğunu deyib. O, xəyallarından da bəhs edib:

“Mənim arzum aktyor olub pul qazanmaq və ailə qurmaq idi. İstəklərimin yarısı reallaşıb. Anamla atamın evliliyi mənim üçün nümunədir. Nənəmlə babam 60 ildir ki, ailəlidirlər. İnşallah, mənim də onlarınkı kimi ailəm olar. Onlar hələ də bir-birlərini sevirlər. Birlikdə kinoya, operaya gedir, musiqi dinləyirlər”.

K.Bürsin ilk məhəbbətini 7 yaşında yaşadığını deyib:

“Həmin vaxt əsl “eşq adamı” idim. Bir gün gəlib anama dedim ki, bəyəndiyim qızı restorana aparacam. Qızın anası zəng vurub “Oğlun dəlidir? 7 yaşında nə restorana, nə də kafeyə getsinlər” demişdi. Romantizmə çox inanırdım”.