Məhəbbət Kazımovun ölümündən bir il ötür

Məhəbbət Kazımovun ölümündən bir il ötür
1462 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün mərhum əməkdar artist Məhəbbət Kazımovun ölümündən bir il keçir.

Axşam.az-ın məlumatına görə, əsl adı Möhübbət Allahverdi oğlu Kazımov olan müğənni 1953-cü il, iyulun 2-də Laçın rayonunun Çorman kəndində dünyaya gəlib. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatçı, anası Südabə isə evdar xanım olub. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib.

Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakıya gəlib Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb. Sonra isə Ağaxan Abdullayevin sinfində oxuyub. 1976-cı ildən professional səhnədə çıxış edib.

"Dan Ulduzu" ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonunda solo konsertlər verib. Bir neçə xarici ölkədə - Türkiyə, Rusiya, İran, Çexoslovakiya və.s ölkələrdə qastrol səfərlərində olub.

Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox yaddaqalan mahnı və muğam oxuyub. Ən çox sevilən mahnılarından biri də "Laçınım”dır.

14 sentyabr, 2012-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. "Laçın" instirumental ansambılının rəhbəri olub. 1990-cı ildə ailə həyatı qurub, üç övladı var.

Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.