"Bu, qadın müğənnilərdə mümkün deyil"

"Bu, qadın müğənnilərdə mümkün deyil"
1287 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Cavanşir Məmmədov gənc ifaçıları “ulduz xəstəliyi”nə tutulmaqda günahlandırıb.

Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan müğənni toylarda oxumaq üstündə çox davalar gördüyünü etiraf edib:

“Kişi ifaçıları arasında bunu nizamlamaq olsa da, qadınlarda mümkün deyil. Yarım saatlıq toya gələnlər arasında çox davalar görmüşəm. Bəzən də görürsən ki, gənc biri gəlib restorana girmir. Guya bu içəri daxil olsa, hamının diqqəti ona yönələcək, alqışlanacaq. İnanın, heç onlar içəri girəndə alqışlamırlar. Toyda Firuzə xanımın (əməkdar artist Firuzə İbadova – red.) əlindən öpürdülər. İndi beş-on dəfə toy idarə edənlər gəlib bizimlə salamlaşmır. Həmişə Firuzə xanıma deyirəm ki, gəncləri sayma, qoy gəlib özləri səninlə salamlaşsın. Firuzə xanım onların ayağına getməyəcək ki...”.

C.Məmmədov onun üstündə xanımların dalaşdığını da bildirib:

“Yaxşı kişi üstündə hər zaman qadınlar arasında dava olar. Mənə görə də qadınlar dalaşıb. Həmin insanların adını çəkməyim düzgün deyil”.