Əmrə Altuğ ilk dəfə boşanmasından danışdı

Əmrə Altuğ ilk dəfə boşanmasından danışdı
5692 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-model Çağla Şikellə 7 illik ailə həyatına son qoyan türkiyəli müğənni Əmrə Altuğ boşanması haqda ilk dəfə “Aramızda qalmasın” verilişində danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bunun ayrılmalarına səbəb kimi göstərilən basketbolçu Kərəm Tunçeri ilə əlaqəsi olmadığını deyib:

“Kərəm bir neçə dəfə görüşdüyümüz adamdır. Məsələnin onunla heç bir əlaqəsi yoxdur. Üstəlik, birlikdə çəkilmiş şəklimizi bəzi media orqanlarının “sübut” kimi istifadə etməsi bizi təəssüfləndirdi. Mən belə bir şeyə heç ehtimal da vermirəm. Bu dedi-qoduları yayan insanlara qarşı hüquqi tədbirlər görüləcək”.

Əmrə Çağlanın canlı yayımda sinəsinin açılması videosundan da danışıb:

“Gözlənilməz hadisə idi. Çağla bu mövzuda çox həssasdır. O, özü videosu haqda çox gözəl söz dedi: “Bəyənmədiyiniz sinəmlə iki uşaq əmizdirmişəm”. Bundan o tərəfə nə isə demək olmaz artıq”.

Ə.Altuğ Ç.Şikeldən boşanma səbəblərinə də aydınlıq gətirib:

“Sevgimizi və hörmətimizi bitirməmək üçün ayrıldıq. Uşaqlarımız olmasaydı, bir-birimizlə qanlı-bıçaq olanadək bəlkə də bir yerdə yaşayacaqdıq. 7 illik evliliyimiz daxil olmaqla, 10 ildir ki, birlikdəyik. Yaşadığımız gözəl anlar və övladlarımız haqqımızda yayılan şayiələrə layiq deyil. Sonuncu anadək evliliyimizi xilas etməyə çalışdıq. Xəbərimiz olmadan sevgimiz bitdi və ayrıldıq. Qəlbim də, gözlərim də ağladı. Getdikcə bu vəziyyətə öyrəşirəm. Bir müddət keçdiyi üçün sakitləşməyə çalışıram. Çağla da, mən də böyümüşük artıq. Ailəmiz və uşaqlarımız üçün yaşayırıq”.