Yağıntılı hava şəraiti davam edəcək

Yağıntılı hava şəraiti davam edəcək
1128 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda yağıntılı hava yanvarın 29-u gündüzə kimi davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Axşama doğru havanın yağıntılı olacağı ehtimalı var. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə kimi isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.