"Şerlok Holms" üzr istədi

"Şerlok Holms" üzr istədi
1059 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor Benedikt Kamberbetç qaradərili aktyorları “rəngli” adlandırdığına görə üzr istəyib.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, aktyor “People” dərgisinə müsahibəsində düşünmədən dediyi sözlərə görə üzrxahlıq edib:

“Bu ifadəmlə insanları incitdiyimə görə heyfsilənirəm. Buna görə üzr istəyirəm. Bilirəm ki, mənə bəraət yoxdur”.

Kamberbetç ifadələrinə görə özünü axmaq hiss etdiyini deyib. Aktyor verilişlərin birində “rəngli aktyorlar üçün Brtianiyada işləmək çətindir” ifadəsini işlətmişdi.

Qeyd edək ki, ingilis aktyor BBC-də yayımlanan “Şerlok” serialında yaratdığı Şerlok Holms rolundan sonra məşhurlaşıb.