"Ayı" metroya girdi - fotolar

"Ayı" metroya girdi - fotolar
2749 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün səhər metroya minən londonluları qütb ayısı qarşılayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, əvvəl təəccüblənən və qorxan, sonra isə həqiqəti öyrənincə gülən sakinlər ayıyla foto da çəkdiriblər.

Əslində isə, bu, İngiltərənin ən çox izlənən telekanallarından "Sky Antlantic"in yeni serialının reklamı olub. "Fortitude" adlı serialın yaradıcı heyəti metroda ayı kostyumu geydirilmiş insanla indidən ekran işlərini bütün dünyaya tanıtdıra biliblər.

Qeyd edilir ki, 19 xüsusi kukla ustası kostyumun üzərində 8 həftə boyunca çalışıb.