Məşhur aktrisa “Gözəl və çirkin” filmində

Məşhur aktrisa “Gözəl və çirkin” filmində
1108 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Emma Uotson Disneyin məşhur “Gözəl və çirkin” çizgi filminin yeni çəkilən kino versiyasında oynayacaq. 

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə aktrisa özünün "Facebook"dakı hesabında yazıb:

“Nəhayət ki, sizinlə bölüşə bilərəm. Mən Disneyin yeni filmində Bell rolunu ifa edirəm. Mən uşaqlıqdan bu nağılı sevirdim, indi “Be our Guest” mahnısının sədaları altında rəqs edəcəyimə və "Something There" mahnısını oxuyacağıma görə çox xoşbəxtəm. Vokal dərsləri almağın tam zamanıdır”

Çizgi filminin kino üçün ssenarisini Stiven Çboski yazacaq. Rejissoru isə Bill Kondon olacaq.