“Yoldaşımın halallığı ilə yataq səhnəsində çəkildim” - əməkdar artist

“Yoldaşımın halallığı ilə yataq səhnəsində çəkildim” - əməkdar artist
3836 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov əməliyyatdan sonra ilk dəfə efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, “Yeri gəlmişkən” verilişinə qonaq olan aktyor ailəsindən bəhs edib:

“Əməliyyatımdan 20 gün keçir. Bu ərəfədə həyat yoldaşım qulluğumda elə durdu ki, tez ayağa qalxdım. Gənc ailə olmağımıza baxmayaraq, o, mənə yaxşı qulluq edir. İlk gündən mənə dedi ki, çalış ürəyimə qara salma. Bir-birimizə inansaq, hər şey gözəl olacaq. Sənətimi də anlayışla qarşılayır. Bir dəfə italyan rejissorunun filmində rol alırdım. Orada yataq səhnəsi var idi. Həyat yoldaşımın halallığı ilə o səhnədə çəkildim”.

Qeyd edək ki, Elşən Cəbrayılov öd kisəsindən əməliyyat olunub.