Azərbaycanlı bankirin qızı Parisdə moda nümayişi keçirdi - fotolar

Azərbaycanlı bankirin qızı Parisdə moda nümayişi keçirdi -  fotolar
3841 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı modelyer, ölkənin baş bankiri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın rəhbərlik etdiyi "Gyunel" moda evinin "33 by Gyunel" kolleksiyasına daxil olan aksessuarların Parisdə təqdimatı keçirilib.

Axşam.az-ın məlumatına görə, brendin "The Westin Paris - Vendôme" otelində baş tutan təqdimatında moda dünyasının tanınmış simaları, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir maraqlı şou ilə başlayıb: Gyunel çantalarının fərqliliyini diqqətə çatdırmaq məqsədilə qurulan tamaşada pantomim aktyorları iştirak ediblər.

Qeyd edək ki, ötən il Londonda keçirilən xeyriyyə hərraclarından birində Gyunel brendinin çantası 10 min 200 avroya satılmışdı. Dəridən hazırlanan və üzərində məşhur siyasətçi Con Lanqdonun ambiqramı əks olunan çanta Günel Rüstəmovanın "33 by Gyunel" aksessuar kolleksiyasına daxildir. Satışlardan əldə olunan gəlir Böyük Britaniyanın Kar uşaqların ictimai təşkilatı və Azərbaycanın "Uşaqların xoşbəxt gələcəyi" ictimai birliyinin hesabına köçürüldü.

Mənbə: buro247.az