80 yaşında əsgərliyə çağırdılar

80 yaşında əsgərliyə çağırdılar
1651 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli 80 yaşlı aktyor Kayhan Yıldızoğlu ilginc vəziyyətlə qarşılaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, teatr tamaşası üçün İzmirə yollanan aktyorun qaldığı otelə polis gələrək onun fərari olduğunu deyib. Təşvişə düşən K.Yıldızoğlu polis bölməsinə aparılıb. Lakin daha sonra məsələnin mahiyyəti aşkara çıxıb. Kayhan açıqlamasında deyib:

“Mən əsgərliyimi 1957-ci ildə İstanbulda leytenant rütbəsi ilə çəkmişəm. Sən demə, köhnə sənədlər kompüterə köçürülərkən itib. Məni də fərari kimi qeydiyyatdan keçiriblər”.