"Zeynəb Xanlarova arıqlayıb, cavan görünməyə çalışır"

"Zeynəb Xanlarova arıqlayıb, cavan görünməyə çalışır"
3916 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, millət vəkili Zeynəb Xanlarova Türkiyədə konsert verəcək.

Axşam.az-ın azvision.az-a istinadən xəbərinə görə, bu haqda millət vəkilinin köməkçisi məlumat verib. O bildirib ki, Zeynəb Xanlarova konsertlərlə əlaqədar olaraq Türkiyəyə səfər edib:

“O, mart ayında Amerikada, Türkiyədə böyük konsertlərlə çıxış edəcək. Xalq artisti həmin konsert proqramlarına hazırlıq məqsədi ilə Türkiyəyə səfər edib”.

Xalq artistinin köməkçisi həmçinin qeyd edib ki, Z. Xanlarova son günlər çox arıqlayıb:

“Zeynəb xanım son günlər idmanla məşğul olmağa başlayıb. Ona görə də çox arıqlayıb. Zeynəb xanım həmişəki kimi çox gözəldir. Onun səhhətində heç bir problem yoxdur. İdmanla özünü arıqladaraq cavan görünməyə çalışır”.