"Sanki məzardayam" - Dəniz Səki

"Sanki məzardayam" - Dəniz Səki
3399 dəfə oxunub
  • A-
  • A
  • A+

Həbsxanada olan müğənni Dəniz Səkini ziyarət edən jurnalist Əli Eyüboğlu "Söyləməzsəm Olmaz" proqramında görüşü haqqında danışıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Dənizə açıq görüş icazə olmadığı üçün qalın bir şüşə arxasından telefonla danışa bildiyini söyləyən jurnalist bunları deyib:

"Geyiminə qarşı orda da çox diqqətli fikir verdiyi bəlli idi. Gəldikdən beş dəqiqə sonra ağlamağa başladı. Ürəyim dözmədi, görüşü davam etdirə bilmədim. O, "Mən sanki məzardayam, insanlar məni ziyarət edir və gedirlər. Allah heç kimi bura salmasın" deyə düşünür".

Eyüboğlu bildirib ki, müğənninin nişanlısı ona iki quş alıb, həbsxanada onlarla danışır:
 
"Əhvalı pis olduğu üçün ona sadəcə kitablar verdim. Həbsxana xatirələrini də yazmağa başlayıb".