"O səs Türkiyə"də iki azərbaycanlının dueli - video

"O səs Türkiyə"də iki azərbaycanlının dueli - video
3330 dəfə oxunub
  • A-
  • A
  • A+
"O səs Türkiyə"nin "Çarpaz duellər"ində iki azərbaycanlı bir-biriylə yarışıb.

Axşam.az-ın xəbərinə görə, Ebru Gündeşin komandasında olan Məltəm Abbasova ilə Gökhan Özoğuzun yarışmaçısı İsmayıl Qubliyev tamaşaçı qarşısına çıxıblar.

Məltəm "Queen" qrupunun repertuarından "Show must go on", İsmayıl isə İbrahim Tatlısəsin "Yalnızım dostlarım" mahnısını oxuyub.

Sonda Məltəm zalın səsverməsi ilə qalib olub.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.