Məşhur aktrisanın 4 aylıq qızı - fotolar

Məşhur aktrisanın 4 aylıq qızı - fotolar
2029 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Skarlett Yohannsonun 4 aylıq qızı Rouz Dorotti ilk dəfə görüntülənib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Skarlett Yohannson və Romen Doriak cütlüyü 4 ay ərzində övladlarının üzünü mediadan gizlətməyi bacarıb. Ötən gün isə Los-Anceles paparassilərinə Rouzun fotolarını çəkmək nəsib olub.

Qeyd edək ki, keçən ilin dekabrında Skarlett çətin olsa da, uşağa şəxsən özünün baxdığını etiraf etmişdi:

“Analıq çox möhtəşəm bir hissdir. Amma yorucudur. Mən öz qızımı dəlicəsinə sevirəm. Bu hiss heç nə ilə müqayisə edilə bilməz”.

Xatırladaq ki, aktrisa körpəsi dünyaya gəldikdən bir ay sonra jurnalist Romen Doriaka ərə gedib.