Bakıda 100 min manatlıq Sevgililər günü

Bakıda 100 min manatlıq Sevgililər günü
3198 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakının "Four Seasons" hoteli Sevgililər gününə özəl təklif hazırlayıb.

Axşam.az-ın seyyah.az-a istinadən xəbərinə görə, təklifə əsasən, sevgililər fevralın 14-də otelin hesabına dünyanın istənilən nöqtəsində öz evlərindən limuzinlə aeroporta çatdırılacaq və birinci sinif təyyarə ilə Bakıya uça biləcəklər. Burada da onlar otel tərəfindən təqdim olunmuş limuzinlə gəzəcəklər.

Sevgililərin ixtiyarına mehmanxananın ən gözəl otağı olan Prezident lüksu təqdim ediləcək. Bu Azərbaycanda ən bahalı otel otağı sayılır və onun bir günlük qiyməti təqribən 11 min manatdır.

Aksiya çərçivəsində Sevgililər üçün əfsanəvi Qız Qalasında Şampan şərabı və kürü süfrəsi açılacaq. Sonradan bu sehirli gecə Kaspia restoranında təntənəli şam yeməyi və şərab dadmaqla davam edəcək.

Sevigililər otelin təqdim etdiyi unikal 24 Carat Gold massaj və ultra nəmləndirici südlü vannadan həzz ala biləcəklər.

Qeyri-adi romantik ab-hava Prezident lüksunun qonaqlarını təəcübləndirəcək:

"Otağınız "Avropa otelləri arasında Ən yaxşı çiçək dizaynı" nominasıyasında qalıb qələn florisitimiz tərəfindən valehedici çiçək kompozisiyaları və şamlarla bəzədiləcək"-deyə təklifdə bildirilir.

Aksiya çərçivəsində sevgililərə bahalı saatlar hədiyyə ediləcək.

Sevgililər günü üçün hazırlanan bu təklifin qiyməti 100 000 manatdır.