"Qulağımı kəsməsən, kişi deyilsən"

"Qulağımı kəsməsən, kişi deyilsən"
3899 dəfə oxunub
  • A-
  • A
  • A+
Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev prodüser Tolikin qulağını kəsəcəyi ilə hədələyib.

Axşam.az-ın məlumatına görə, lent.az-a açıqlama verən prodüser ona ünvanlanan ittihamlara cavab verib:

“Sən mənim qulağımı kəsəcəksənsə, telefon nömrəmi bilirsən, zəng et, görüş üçün məkan təyin elə. Mən də gəlim həmin məkana. Əgər gəlməsən, qulağımı kəsməsən, sən kişi deyilsən. Mən gəlməsəm, mən kişi deyiləm. Gələcəm. Nömrəmi istənilən müğənnidən, müxbirdən öyrənə bilərsən. Demirsən ki, hər gecə məni "Azadlıq metrosu" tərəfdə görürsən? Elə orada da məni tut, qulağımı kəs. Mən heç "Azadlıq metrosu" tərəfə getmirəm. Yalandan özündən söz çıxartmasın. Mənim biabırçı şəklim yoxdur. Varsa, göstərsin. Bir daha ona cavab verməyəcəm”.
 
Xatırladaq ki,  H.Hacıyev “Yeni Müsavat”a açıqlamasında Toliki hədələyib:
 
“Məcburam ki, Tolik kimilərinin qulağını kəsim, vəssalam. Onun kimi mənəviyyatsız, Azərbaycan xalqının milli mentalitetinə yaraşmayan küçə uşaqlarını üzə çıxartmaq olmaz. Belələrini  görəndə az qala başımı götürüb Azərbaycandan gedim, belə bir cəmiyyətdə yaşadığımı üçün özümə nifrət edirəm.  Üzümü tuturam televiziya rəhbərlərinə. Axı sizin də ailəniz, övladlarınız televiziyaya baxır, onları efirə buraxmaq olmaz. Artistlərə də bildirirəm ki, onu prodüser kimi yanlarında gəzdiməsinlər. Onun məndə şəkilləri var. Əgər özünü düzəltməsə, mən o şəkilləri sayta verəcəm. O, hər gün “Azadlıq” metrosunun yaxınlığında yerləşən parkdakı çayxanaya gəlir. Orda oturub kişilərə göz-qaş edir, min hoqqadan çıxır. Bizim partiyanın da bir filialı “Azadlıq” metrosunun yaxınlığındadır”.
 
Qeyd edək ki, “Xəzər” televiziyasında canlı yayımda Sevil - Sevinc bacılarının milli valyutamız olan manatı cırması Hafiz Hacıyevlə prodüser Tolik arasında söz davası yaradıb. Tolikin  partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxıb.