Madonnaya oxşamaq üçün 175 min xərclədi - fotolar

Madonnaya oxşamaq üçün 175 min xərclədi - fotolar
2204 dəfə oxunub
  • A-
  • A
  • A+
Adam Querra adlı amerikalı gənc özünü Madonnaya bənzətmək üçün 175 min dollarından keçməli olub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Adam bunun üçün dəfələrlə plastik əməliyyat etdirib. "My Strange Addiction” (“Mənim qəribə asılılığım”) verilişinə qonaq olan 27 yaşlı gənc Madonnaya oxşamaq istəyinin hələ 15 yaşından başladığını deyib:

“15 yaşımda Madonnaya aşiq oldum. O, sanki mənim ruhumla danışırdı. Madonnaya bənzəsəm, ona olan hörmətimi ifadə edə biləcəyimi düşünürdüm”.

A.Querranın Madonna sevgisi bununla kifayətlənməyib. O, sənətçinin rəqs müəllimi Karlton Vilborndan dərs alıb. Üstəlik müğənninin qarderobundakı libaslara uyğun paltarlara 100 min dollar xərcləyib.