Prezident və xanımı "Şahdağ"da - fotolar

Prezident və xanımı "Şahdağ"da -   fotolar
5636 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.

Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlətimizin başçısı və xanımı otel nömrələri ilə tanış olublar.

Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.

Sonra xatirə şəkli çəkdirilib.

X X X

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat və xizək enişinin açılışında iştirak ediblər.

Bildirildi ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Bundan başqa, sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb. Burada qonaqlar və turistlər üçün müxtəlif istirahət guşələri də inşa olunub.

Dövlət başçısı 1 nömrəli kanat yolunu işə salıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçiriblər.