İngiltərəli aktrisa Kaya Skoledario beşinci dəfə ekranlara çıxacaq “Karib dənizinin quldurları” filmində rol alacaq.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, yeniyetməlik çağında “Skins” serialında oynadıqdan sonra məşhurlaşan 22 yaşlı aktrisa bu dəfə sözügedən filmin yaradıcı heyətinə daxil edilib.
“FHM” jurnalının İngiltərə versiyası “ən seksual 100 qadın” arasında onu da göstərmişdi. Aktrisa bu yaxınlarda disleksiya xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.
“Karib dənizinin quldurları”nın heyətinə aktyorlar Xavyer Bardem və Brenton Tueyts də daxil edilib.
Qeyd edək ki, film 2017-ci ilin yayında ekranlara çıxacaq.