Bakıda Burak və Fəxriyyənin filminin qala gecəsi olub - fotolar

Bakıda Burak və Fəxriyyənin filminin qala gecəsi olub - fotolar
8380 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Nizami Kino Mərkəzində "Aşk sana benzer" ("Eşq sənə bənzər") filminin qala gecəsi olub.

Axşam.az-ın məlumatına görə, gecədə filmin yaradıcı heyəti iştirak edib.

Baş rol ifaçıları Burak Özçivit, Fəxriyyə Evcən və Səlim Bayraktar filmdən əvvəl jurnalistlərə açıqlama veriblər.

F.Evcən Bakıda olduqları üçün sevindiyini bildirib:

"Tamaşaçılardan bu qədər maraq gözləmirdik. Eynən Türkiyədə də belə diqqət görmüşdük. Bakını gəzdik, çox gözəldi".

Aktyor B.Özçivit isə Fəxriyyə və Səlimlə əvvəl də eyni layihədə olduğunu vurğulayıb:

"Lakin bu dəfə bir araya gəlmək başqa bir zövq idi".

"Möhtəşəm yüzil" serialının "Sümbül Ağa"sı aktyor S.Bayraktar isə tamaşaçıları azərbaycanca salamlayaraq "Qardaş, necəsən?" ifadələrini səsləndirib.

Daha sonra qonaqlar tamaşaçılarla birlikdə filmi izləməyə yollanıblar.

Qeyd edək ki, filmin prodüseri aktyor Burak Özçivitin özü, rejissoru isə Tanər Elxandır.

Sərvər MEHTİYEV

Foto: Rəşad ABBASOV